Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dəyişiklik

media-hightechnic-468x90

загруженное (3)Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırılıb.

Dövlət başçısının “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə imzaladığı fərmana əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib.

Prezidentin digər fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daşınan əmlak reyestrlərinin elektron məlumatlarından da real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa