KQB agentləri açıqlanacaq
Ukraynada yenidən etiraz aksiyaları başlayıb.
Nümayişçilər parlament binasının qarşısına toplaşıblar. Onlar Ali Radadan lyustrasiya, yəni “hakimiyyətin təmizlənməsi haqqında” qanunun qəbul edilməsini tələb edirlər.
Aksiyaçılar tələb edir ki, keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının arxivləri açılsın, məxfi əməkdaşları (agentlər) ifşa olunsun və onların dövlət vəzifələrində çalışmalarına qadağa qoyulsun.
Son məlumatlara görə, Ukrayna Ali Radası “hakimiyyətin təmizlənməsi haqqında” qanunu qəbul edib. Səsvermə zamanı sessiya zalında qeydiyyatdan keçmiş 246 deputatdan 231-i qanunun qəbul edilməsinin lehinə səs verib. (anspress.com)