“KQB arxivləri niyə bizim üzümüzə bağlıdır? Niyə açıqlanmır?” – Bu sualla sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib.
Yenicag.az xəbər verir ki, son günlər Jirinovski-Vahabzadə çəkişməsi ilə yenidən gündəmə gələn Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq məsələsinə sabiq nazir özünəməxsus şəkildə münasibət bildirib.
“Həqiqətən, mənə maraqlıdır ki, niyə kimdə KQB arxivlərinin açılmasını istəmir? Sonucda Rusiyadan ayrıldıqdan sonra başqa bütün ölkələr açıqladı. Sadəcə Azərbaycan vətəndaşları üçün sirr olaraq qalmaqdadır. Halbuki bununla xalq kimin kim olduğunu öyrənəcəkdi”, deyə fikir bildirən Zülfüqarov “Mən varam, ya siz?” söyləyərək, arxivlərin açılmasını istədiyini bəyan edib.
www.yenicag.az