Kral ailəsi Şotlandiyada-Fotolar
Bu gün Böyük Britaniya kral ailəsinin üzvləri- hersoginya Ketrin Middlton və şahzadə Uilyam Şotlandiyaya rəsmi səfərə yollanıblar.
Onlar Strathern universitet şəhərciyinə və Kriff orta məktəbinə baş çəkiblər. Daha sonra Ketrin və Uilyam yerli parkda gəzərək xatirə lövhəsi qoyub, ənənəvi şotland qəlyanaltılarının və içkilərinin dadına baxıblar.
Bu səfər Avstraliya və Yeni Zellandiyaya üçhəftəlik turnedən sonra məşhur cütlüyün ictimaiyyətlə ilk görüşüdür.
Qeyd edək ki, Kembric hersoginyası həmişəki kimi gözəl görünüşü ilə diqqət çəkib. Ketrin “Conatan Saunders”dən çəhrayı palto, eyni tonda don və bej çalarında dikdaban geyinib.