“Ukraynanın Rusiyaya etdiyi güzəştlərin nəticəsində atəşkəsin müvəqqəti və daha sonra daimi sülhə aparacağına inanmaq yanlış olar”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynada sülh müqaviləsinin şərtlərini və nəticələrini təhlil edən “Xarici Siyasət Araşdırma İnstitutu” yazıb.
Təhlil yazısında qeyd edilib ki, hərbi münaqişənin dayandırılması və davamlı sülhün əldə edilməsi çox mürəkkəb, həmçinin çətindir:
“Çünki Rusiya, əsasən, Qərb və ABŞ-nin dəyişən siyasətinə qarşı daha sərt tələblər irəli sürür. Rusiya ilə Qərb arasındakı mövcud rəqabət hər kəsə məlumdur. Hər iki tərəfin strateji məqsədləri var.
Rusiya, müharibənin başlamasından sonrna Avropa təhlükəsizliyini yenidən tənzimləmək məqsədilə Qərblə danışıqlar aparmağı təklif etdi. Moskva Ukraynada sürətli zəfər əldə edəcəyini gözləyərək, müharibəyə başlamışdı, lakin münaqişənin uzun sürməsi Qərbin təmkinli davranmasına mane olub. Rusiya ilə Ukrayna arasında müharibə yalnız müvəqqəti atəşkəsə gətirib çıxaracaq”.
Həmçinin bildirilib ki, Ukraynanın Rusiyaya etdiyi güzəştlərin nəticəsində atəşkəsin müvəqqəti və daha sonra daimi sülhə aparacağına inanmaq yanlış olar:
“Rusiya yalnız Qərb ilə Avropa təhlükəsizliyini təhlil edərək öz tələblərini irəli sürür və münaqişə üzərində qalib gəlmək üçün öz maraqlarını həyata keçirmək istəyir. Qərb isə sülhün əldə edilməsi üçün Rusiya ilə daha sərt mübarizə aparmağı hədəfləyir, çünki Rusiya təhlükəsizliyi yalnız müharibədən asılı bir vəziyyətdə təmin edir.
Münaqişənin dayandırılmasında Qərbin Rusiya qarşısında necə bir strategiya izləməli olduğu ilə bağlı müzakirələr aparılır. Hazırda Kreml müharibədən öz siyasi rejiminin mövcudluğunu qorumaq üçün istifadə edir. Bu isə Qərbin təzyiqini zəiflədir. Belə şəraitdə Rusiya ilə davamlı sülh əldə etmək çətin olsa da, atəşkəsin mümkünsüz olmadığı faktdır. Lakin Qərbin yeni və daha sərt siyasət yürütməsi halında müəyyən proseslər gerçəkləşə bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az