KREMLİN GİZLİ SİYAHISI: Rusiyanın "silahsız işğal" planı işə düşür

media-hightechnic-468x90

Rusiya Ukraynadan sonra hara istiqamətlənəcək?

media-banner_tuq

Bu barədə Yenicag.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Rusiya-Ukrayna müharibəsini və Kremlin gələcək strategiyasını şərh edərək, Rusiyanın Ukraynadan sonrakı mümkün hədəflərini belə təhlil edib:

media-8f2e3aba-d6a6-4d0c-8812-780f8ec8f9d8-1

“Bu iddia son illərdə formalaşan qlobal təhlükəsizlik diskursunun məntiqi davamıdır. Ukraynaya qarşı hərbi müdaxilə artıq regional münaqişə çərçivəsindən çıxaraq, Avropanın təhlükəsizlik arxitekturasını sarsıdan bir hadisəyə çevrilib. Bu baxımdan, bəzi Qərb analitikləri Rusiyanın məqsədinin yalnız Ukrayna ilə məhdudlaşmadığını, postsovet məkanında və hətta NATO-nun şərq cinahında təsir dairəsini genişləndirmək istədiyini irəli sürürlər. Lakin reallıqda Rusiya hazırda ciddi hərbi, iqtisadi və siyasi resurs gərginliyi ilə üzləşir. Bu səbəbdən, Ukraynadan kənara genişmiqyaslı ekspansiya ssenarisi qısa müddətdə daha çox siyasi təzyiq aləti kimi görünür”.

Politoloq qeyd edib ki, Rusiyanın Qafqazda müharibəsiz və silahsız fərqli planları da masadakı alternativlər sırasındadır:

“Digər tərəfdən, Moskvanın təhlükəsizlik doktrinasında “bufer zonalar” anlayışı və təsir sahələrinin qorunması prioritet olaraq qalır. Əgər Kreml Ukraynadakı müharibəni öz təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi təqdim edirsə, o zaman qonşu regionlarda təsir imkanlarını artırmaq cəhdləri tamamilə istisna edilə bilməz.

Bununla belə, NATO üzvü olan dövlətlərə birbaşa hərbi müdaxilə riski hazırkı balans şəraitində son dərəcə aşağı qiymətləndirilir. Çünki bu, NATO-nun kollektiv müdafiə mexanizmini işə sala bilər. Ona görə də daha real ssenari hərbi genişlənmədən çox, siyasi təsir, hibrid təzyiq və regional destabilizasiya vasitələrindən istifadə ola bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05