Kreslosunu qorumaq istəyən Tramp: “Onu ciddiyə almaq lazım deyil”

media-hightechnic-468x90

“Trampın son açıqlamalarını ciddiyə almaq lazım deyil.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiyanın sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.

Analitik Trampın son aylarda verdiyi açıqlamaları təhlil edib:

“Konqres Trampa müharibəni davam etdirməklə bağlı qadağa qoymuşdu. Konqres nümayəndələri 51 faiz səslə belə bir qərar almışdı. Səsvermədən sonra Trampın davranışlarında müharibə ritorikasının getdikcə səngidiyini müşahidə etdik. Tramp aprelin 8-də əldə olunan atəşkəsdən sonra göstərdiyi davranışlarla dünyada belə bir fikir formalaşdırdı ki, o, artıq müharibə başlatmaq riskini göz altına almaq istəmir. Son müharibə Amerikanın imicinə kifayət qədər zərbə vurub və bunu Tramp da anlayır. O, başa düşür ki, müharibənin növbəti dalğasında da eyni durumla üzləşsə, bu, seçkilərdə kreslosunun laxlamasına səbəb olacaq.

Düşünürəm ki, hər dəqiqə fərqli söz danışan Tramp indi sakit ritorika ilə çıxış edirsə, onu ciddiyə almaq lazım deyil. Dünən Trampın ‘2 həftəyə müharibə tam qələbə ilə bitəcək’ ifadəsi kifayət qədər müzakirələrə səbəb oldu. Belə bir vəziyyətdə Trampın dünənki zərbələrə qarşılıq verəcəyini bildirməsi qeyri-ciddi görünür. Son aylarda İran vaxtaşırı ABŞ bazalarına zərbələr endirir ki, bu da həmin silsilədəndir. Hesab edirəm ki, Trampın açıqlamalarını ciddiyə almağa dəyməz və qarşıdakı günlərdə yeni bir ABŞ-İran müharibəsinin başlanması üfüqdə görünmür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05