Krımda Ukrayna kanallarının yayımı dayandırılıb

media-hightechnic-468x90
Krımda Ukrayna kanallarının yayımı dayandırılıbYayımı dayandırılan kanalların tezliklərini Rusiya telekanalları əvəzləyəcək.
Krım muxtariyyətində bütün Ukrayna telekanallarının analoqlu yayımı dayandırılıb.
Onların yerini rus telekanalları alıb. Belə ki, Kiyevdən yayımlanan “İnter” kanalını Rusiyanın “NTV”, “1+1” telekanalını “Rossiya-1”, “Kanal 5”-i isə “TNT” əvəz edəcək. Ukrayna kanallarının yayımının dayandırılması martın əvvəllərindən başlayıb.
Krım hakimiyyəti rəsmi Kiyevin mövqeyini birtərəfli əks etdirən kanallara xəbərdarlıq edərək onların yayımının dayandırılması barədə qərarlar qəbul edib. Öz növbəsində Ukrayna rəhbərliyi isə Rusiya telekanallarının öz ərazisində yayımının dayandırılması barədə qərar çıxardıb.
Xatıərladaq ki, martın 16-da Krımda yarımadanın statusunu müəyyənləşdircəək xalq referendumu keçiriləcək.

AzVision.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa