Krımın Rusiyanın tərkibinə keçməsi bu gün rəsmiləşəcək
Krım Muxtar Respublikası bu gün Rusiyanın tərkibinə daxil olmaqla bağlı Moskvaya müraciət edəcək.
Bakı vaxtı ilə saat 12.00-da Krım Ali Radasının iclası keçiriləcək. İclasda Muxtar Respublikada keçirilən referendumun nəticələri müzakirə ediləcək və Rusiya Federasiyasına müraciət qəbul olunacaq.
Rusiya prezidenti Vladimir Putin Krımdakı son hadisələri amerikalı həmkarı Barak Obama ilə müzakirə edib. Vladimir Putin telefon söhbətində bildirib ki, Krımdakı referendum beynəlxalq hüququn normalarına tam uyğun olub. Rusiya və ABŞ liderləri qeyd ediblər ki, dəyərləndirmələrdə fərqlər olsa da, Ukraynadakı vəziyyətin sabitləşməsi üçün yollar axtarılmalıdır.
Qeyd edək ki, əksər dünya ölkələri Krımda keçirilən psevdoreferendumun nəticələrini tanımır. ABŞ, Fransa, Böyük Britaniya, İtaliya və başqa ölkələr, o cümlədən, Avropa Birliyi və Avropa Parlamenti Krımdakı referendumun legitim olmadığını bəyan ediblər.
apa