Kriptödənişlərin artım tempi sürətlənir

media-hightechnic-468x90

Binance Pay şəbəkəsi 20 milyon ticarətçini keçdi
2025-ci ilin sonuna yaxın kriptödəniş sektoru yeni bir miqyaslanma mərhələsinə qədəm qoydu. Bu prosesin ən mühüm göstəricilərindən biri isə Binance Pay şəbəkəsinin kəskin genişlənməsi oldu. Şirkətin məlumatına görə, bu gün artıq dünyada 20 milyon nəfərdən çox merçant Binance Pay-dən istifadə edir. Bir neçə il öncəyə qədər kriptödənişlərin yalnız niş alət sayıldığı bir sənaye üçün bu rəqəmlər qlobal ödəniş infrastrukturunda baş verən struktur dəyişikliyini ilk növbədə stabilkoinlərin təsiri sayəsində açıq şəkildə göstərir.

Steblkoinlər və onların transsərhəd ödənişlərdə rolu
Steblkoin istifadəsi sürətli və proqnozlaşdırıla bilən beynəlxalq köçürmələrə olan tələbin artması fonunda genişlənib. Bank əməliyyatlarından fərqli olaraq yüksək komissiya yükü və iş qrafikindən asılılığı ilə steyblkoinlərlə hesablaşmalar real vaxt rejimində həyata keçir və mürəkkəb infrastruktur tələb etmir.
Bu xüsusiyyətlər gündəlik ödəniş praktikasını tədricən dəyişdirir. Binance Pay nümunəsində 2025-ci ildə aparılan bütün B2C əməliyyatların 98%-dən çoxu steyblkoinlərlə, yani USDT və USDC-dən tutmuş regional tokenlərə qədər icra olunub. 2021-ci ildə xidmət istifadəyə verildiyi vaxtdan bu günə qədər ümumi emal olunan ödəniş həcmi 250 milyard ABŞ dollarını keçib ki, bu da istifadəçi bazasının genişlənməsini və bank məhdudiyyətlərindən asılı olmayan alətlərə marağın artmasını göstərir

Sahəyə dair məlumatlar: dinamikanın sürətlənməsi
Ümumi tendensiya sektor tədqiqatları ilə də təsdiqlənir. Artemis şirkətinin 2025-ci ilin oktyabr hesabatına əsasən, steyblkoinlərlə aparılan aylıq ödəniş həcmləri 10 milyard ABŞ dollarını ötüb və ilin əvvəlindən bəri 80%-dən çox artım nümayiş etdirib. EY analitikləri proqnozlaşdırırlar ki, 2030-cu ilə qədər steyblkoin ödənişlərinin payı qlobal ödəniş bazarının 5–10%-ni təşkil edə bilər. Bununla belə, ayrı-ayrı ekspertlərin fikrincə, real artım daha yüksək ola bilər, çünki rəqəmsal infrastrukturun genişlənməsi və kripto alətlərinə çıxışın sadələşməsi prosesi sürətlənir. Eyni zamanda, ənənəvi maliyyə institutlarının marağı da artır. 2025-ci ildə SWIFT vahid blokçeyn platforması əsasında həll prototiplərinin tətbiqinə başlayıb ki, bu da beynəlxalq hesablaşmaların konservativ sektorunda kriptotexnologiyalara münasibətin dəyişdiyini göstərir.
İnfrastruktur və istifadənin coğrafiyası

Kriptödəniş şəbəkələrinin genişlənməsi təkcə kiçik biznes hesabına deyil, həm də iri şirkətlərin bu metodları öz standart əməliyyatlarına inteqrasiya etməsi sayəsində baş verir. Müxtəlif ölkələrdə otellər, pərakəndə satış şəbəkələri, xidmət müəssisələri və yerli ticarət platformaları kripto ilə ödənişləri iş proseslərinə əlavə edirlər.
Eyni zamanda bir sıra dövlətlər kriptoservisləri milli ödəniş sistemlərinə birləşdirir. Latın Amerikası və Asiyada QR-sistemləri və tam rəqəmsal interfeyslər vasitəsilə ödənişləri mümkün edən inteqrasiyalar genişlənir. Bir çox ölkədə kripto turizm və dövlət xidmətləri çərçivəsində də istifadə olunur ki, bu da onun praktik tətbiq sahələrinin böyüdüyünü göstərir.
Ümumi nəticə 2025-ci il steyblkoinlərin istifadəsinin artıq eksperimental model kimi qəbul edilmədiyi bir dövrə çevrildi. Onların geniş yayılması, merçantların sayında artım və istifadəçi bazasının böyüməsi beynəlxalq ödəniş bazarında pay bölgüsünün tədricən dəyişdiyini göstərir.

Bu kontekstdə Binance Pay həm miqyaslanma sürətinin, həm də rəqəmsal ödənişlərin coğrafiyasının dəyişməsini müşahidə etməyə imkan verən əsas infrastruktur elementlərindən biri kimi çıxış edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa