!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

«KTMT olmadan Ermənistanın təhlükəsizliyi mümkün deyil» - Rusiya XİN

!Reklam – Yazi

“Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə KTMT ilə əməkdaşlıq olmadan mümkün görünmür”.

Yenicag.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.

“Mən sizə Ermənistanın təhlükəsizliyinin, o cümlədən hərbi-texniki sahədə KTMT çərçivəsində əməkdaşlıq olmadan mümkün olmadığını açıq şəkildə nümayiş etdirən məlumatları açıqlaya bilmərəm”, – Vasilyev bildirib.

Bundan əlavə, diplomat əlavə edib ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə etmək cəhdlərini görür.

“Biz erməni həmkarlarımızın diqqətini Qərb ölkələrinin bu şüurlu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində bütün səviyyələrdə müzakirələrdən istifadə edirik”, – o vurğulayıb.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv