Kukurelya: “Tramp kubok mərasimini sabotaj etdi, qorxudan tir-tir əsirdik”
“Chelsea”nin futbolçusu Mark Kukurelya FIFA Klublararası Dünya Kubokunun təqdimat mərasimində ABŞ Donald Trampın davranışlarının mərasimi pozduğunu bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə ispaniyalı müdafiəçi “Jijantes FC”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əvvəlcədən klub nümayəndələrinə bildirilib ki, mükafatları şəxsən Donald Tramp təqdim edəcək və o, podiumdan ayrılmadan komanda kuboku qaldıra bilməz:
“Bizə dedilər ki, Tramp gələcək, kuboku təqdim edəcək və o podiumdan enmədən biz kuboku qaldıra bilməyəcəyik. Amma o, yerindən tərpənmək istəmədi”.
Kukurelya qeyd edib ki, FIFA prezidenti Canni İnfantinonun təkidlərinə baxmayaraq, Tramp podiumdan getmək istəməyib:
“Rees Ceyms sadəcə kuboku qaldırdı və biz də bayram etməyə başladıq. Tramp isə qalmaqda israr etdi. Ona baxdıq, o isə kuboku qaldırın, mən buradayam dedi”.
Futbolçu əlavə edib ki, həmin an gərginlik hiss edib:
“Düşünürdüm, kim ona “yerindən çəkil” deyəcək? Qorxudan az qala ürəyim partlayırdı”.
Xatırladaq ki, Kukurelya həmin turnirdə “Chelsea” ilə Klublararası Dünya Kubokunu qazanmışdı.