Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

media-hightechnic-468x90

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Mustafayevin Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində oradan 149 qrama yaxın heroin, 42 qrama yaxın tiryək, 389 qram marixuana və 8 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Mustafayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev də müəyyən edilərək saxlanılıb, ondan isə 516 qrama yaxın marixuana götürülüb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600