Kürdəmir sakini əmisi oğlunu bıçaqlayıb

media-hightechnic-468x90

Kürdəmir sakini əmisi oğlu tərəfindən bıçaqlanıb.

Yeniçağ.Az-ın  xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Rahib Səməndər oğlu Ağayev bıçaq xəsarəti diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kürdəmir Rayon Polis əməkdaşlarının əməliyyat – axtarış tədbirləri nəticəsində hadisəni törədən, zərərçəkənin əmisi oğlu Ümid Ağayev tutularaq istintaqa təhvil verilib. İlkin ehtimala görə, hadisə münaqişə zəminində baş verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa