Kürdəmirdə avtomobil aşıb
Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında Bakı – Qazax əsas magistral yolunun 208-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Gürcüstan vətəndaşı, 26 yaşlı Qasımov Faiq Teymur oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücünün həmyerliləri – 51 yaşlı Qasımov Teymur İslam oğlu və 51 yaşlı Aslanova Gülnarə İslam qızı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.