!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdəmirin sabiq icra başçısı ilə bağlı QƏRAR

!Reklam – Yazi

Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Yenicag.az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv