Kürdlərdən İŞİD-ə ağır zərbə

media-hightechnic-468x90

isidKobani şəhərini müdafiə edən kürdlərin ötən sutka ərzində İŞİD qruplaşmasının 86 yaraqlısını öldürdükləri bildirilir.

İŞİD Kobaniyə müxtəlif şəhərlərdə yerləşən bazalarından əlavə qüvvələr cəlb edir. Yaraqlıların ardı-arası kəsilməyən hücumlarının qarşısını almağa cəhd edən kürd qüvvələri 16 nəfər itiriblər.

Şahidlərin məlumatına görə, İŞİD qüvvələri şəhərlə Türkiyə sərhədi arasındakı yolu atəş altında saxlamağa imkan verən iki strateji təpəni ələ keçiriblər. Eyni zamanda şəhərin küçələrində döyüşlər gedir.

Kobanini hazırda 2 min kürd silahlısı, həmçinin Nizar əl-Hatibin başçılığı altında azad Suriya ordusunun 400 əsgəri müdafiə edir. Türkiyə ərazisində olan 150 “peşmərgə” ağır silahlarla birgə hər an sərhədi keçməyə hazır vəziyyətdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600