Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.
“Partlayışlar Ebeko vulkanının külünü dəniz səviyyəsindən 2,5 km yüksəkliyə qaldırıb, kül şelfi vulkanın cənub-şərqinə doğru 7 km uzanıb”, – deyə məlumatda qeyd olunub.
Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 m-dir, aviasiya təhlükəsi üçün narıncı rəng kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.
www.yenicag.az