Kursantların andiçmə mərasimi keçirilib

media-hightechnic-468x90

72683Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib.

Hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonra valideyinlər hərbi məktəbdə kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600