Kütləvi qətliam planlayan məktəblilər saxlanıldı

ABŞ-nin Florida ştatında məktəbdə qətliam törətməyi planlaşdıran iki yeniyetmə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ərazi şerifi Karmin Marseno açıqlama verib.

Marseno biri 13, digəri 14 yaşlı iki yeniyetmənin internetdən silahların necə hazırlandığı ilə maraqlandıqlarını, bomba hazırlanması üçün hansı maddələrin lazım olduğunu araşdırdıqlarını qeyd edib.

Şerif bildirib ki, onların yaşadığı evdən çox sayda silah və bıçaqlar ələ keçirilib.

Marseno qeyd edib ki, yeniyetmələr “kütlıəvi qətliam planlaşdırma” maddəsi ilə hakim qarşısına çıxacaqlar.