La Casa de Papel geri dönür - VİDEO
Yayımlandığı ilk gündən dünya gündəmini zəbt edən “La Casa de Papel” ilə bağlı azarkeşləri sevindirən yeni xəbər ortaya çıxıb.
Yenicag.az xəbər verir ki, “Netflix”in rəsmi hesablarında edilən paylaşım serialın hekayəsinin tam bitmədiyinə işarə edib. Lakin bunun yeni mövsüm, spin-off layihəsi və ya fərqli ölkədə uyğunlaşdırma olub-olmayacağı barədə hələlik rəsmi məlumat verilməyib.
2017-ci ildə ilk mövsümü yayımlanan məşhur serial 2021-ci ildə ekranlara gələn 5-ci mövsümlə final etmişdi. Qlobal uğur qazanan layihənin ardından hekayə spin-off formatında davam etdirilərək Berlin serialı çəkilmişdi.
“Netflix”in son paylaşımından sonra sosial şəbəkələrdə serialsevərlər yeni spin-off ehtimalını və ya fərqli ölkə versiyasının çəkilə biləcəyini müzakirə etməyə başlayıblar.













