“Çimərliklərin yararlılığı müntəzəm su analizləri əsasında qiymətləndirilməlidir” – Musa Muradlı

media-hightechnic-468x90

“İnsanlar dəniz sahillərinin təmiz saxlanılmasına özləri də töhfə verməlidirlər.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı bildirib.

Ekoloq vətəndaşları dəniz sahillərini aidiyyəti şəxslər qədər duyarlı davranmağa çağırıb:

“Əvvəlcə qeyd etmək istərdim ki, Ekoloji İnformasiya İctimai Birliyi əsasən Bərdə rayonu və ətraf ərazilərdə ekoloji məsələlərlə bağlı fəaliyyət göstərir. Xəzər dənizinin sahilboyu çimərliklərinin ekoloji vəziyyəti ilə bağlı son dövrlərdə xüsusi monitorinq və ya araşdırma aparmamışıq. Buna görə də konkret çimərliklər üzrə vəziyyətə dair qəti rəy bildirməyimiz düzgün olmazdı.

Bununla belə, ümumi yanaşma ondan ibarətdir ki, çimərliklərin istirahət üçün yararlılığı müntəzəm su analizləri, sanitar-gigiyenik göstəricilər, tullantıların idarə olunması və sahillərin təmizliyi əsasında qiymətləndirilməlidir. Bu məlumatlar aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq açıqlanmalıdır.

Hesab edirik ki, vətəndaşlar çimərlik seçərkən rəsmi qurumların təqdim etdiyi məlumatlara diqqət yetirməli, eyni zamanda sahillərin təmiz saxlanılmasına özləri də töhfə verməlidirlər. Gələcəkdə imkan daxilində bu istiqamətdə ictimai monitorinqlərin aparılması da faydalı ola bilər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05