Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi “Toyota Land Cruiser” markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
Trend
www.yenicag.az