Bu gün günün ikinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayacaq.
Sentyabrın 1-də günün birinci yarısında Sergey Lavrov Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunda (MQİMO) ənənəvi çıxış edəcək. Görüşdən dərhal sonra Sergey Lavrov Bakıya yola düşəcək. Burada görüşlər günün ikinci yarısında başlayacaq. İşçi səfəri zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunacaq.
Səfər zamanı S. Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək(APA).
www.yenicag.az