Nərimanovda avtomobildə yanğın baş verdi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BYD” markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri isə mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa