Meloni Rusiyaya qapı açır? – İtaliyadan kritik Ukrayna manevri

media-hightechnic-468x90

“İtaliyanın Ukrayna məsələsində radikal Avropa xəttindən ciddi şəkildə geri çəkilməsi ehtimalı yüksək deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

media-img_2405

O, İtaliyanın Baş naziri Giorgia Meloninin “Avropa Birliyi ölkələrinin Rusiya ilə dialoqu bərpa etməsinin vaxtı gəlib çatıb” bəyanatının verdiyi mesajlardan danışıb.

Politoloq bildirib ki, Meloninin belə mövqeyi müəyyən qədər gözlənilən idi:

“ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən və Ukrayna məsələsində Avropanın əsas, radikal xəttindən xeyli fərqli siyasət yürüdəcəyinə işarə verdikdən sonra İtaliyanın fəaliyyətində də müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb. Hətta Meloni Trampın andiçmə mərasimindən sonra onu ziyarət edən ilk Avropa liderlərindən biri olub. Açıq şəkildə görünür ki, Tramp ilə Meloni arasında kifayət qədər yaxşı şəxsi münasibətlər mövcuddur.

Belə bir şəraitdə İtaliyanın baş nazirinin bu cür açıqlama verməsi Trampın yürütdüyü siyasətə uyğunlaşmaq cəhdindən irəli gələ bilər. Yaxud bu addım Tramp–Avropa münasibətlərinin getdikcə gərginləşdiyi bir dövrdə Trampın daha sərt reaksiyalarından yayınmaq məqsədi də daşıya bilər. Çünki artıq açıq şəkildə görünür ki, Tramp avropalı müttəfiqlərindən və Avropa ilə münasibətlərdə formalaşmış ənənəvi dəyərlərdən tədricən uzaqlaşır. Yaxın gələcəkdə Avropa–ABŞ münasibətlərinin daha da gərginləşməsi ehtimalı kifayət qədər yüksəkdir.

Bu yanaşma Avropanın Ukrayna siyasətini Trampın mövqeyi ilə daha çox uzlaşdırmaq məqsədinə xidmət edə bilər. Oxşar yanaşmaları zaman-zaman Fransa Prezidenti Emmanuel Makronun ritorikasında da müşahidə etmişik. Bir müddət əvvəl Makron Rusiyayla dialoqun bərpasının vaxtının çatdığını bəyan etmişdi. Lakin sonradan məlum oldu ki, bu, ABŞ-nin Rusiyaya yönəlik yumşaq siyasətinə alternativ mövqe nümayiş etdirmək cəhdindən başqa bir şey deyil. Qısa müddət sonra Makron yenidən əvvəlki radikal ritorikasına qayıtmışdı.

Bir sözlə, Meloninin bu açıqlamasına baxmayaraq, İtaliyanın Ukrayna məsələsində radikal Avropa xəttindən ciddi şəkildə geri çəkilməsi ehtimalı yüksək deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa