Bəzi memarlıq abidələrinin yerləşmə ünvanlarının adı dəyişdirildi

media-hightechnic-468x90

“Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib.

Belə ki, “Memarlıq abidələri” bölməsində Cuğa sözü Gülüstan ilə əvəz edilib.

Həmçinin Xocavənd rayonu üzrə dəyişikliklər aşağıdakı kimidir:

Traxtik – Zoğalbulaq

Sakuri – Hünərli

Süsənlik – Susanlıq

Xsaberd – Çaylaqqala

Sur – Sor

Mestağlar – Böyük Tağlar

Qavaxan – Gavahın

Qatsi – Çörəkli

Maçqalaşen -Cütçü

Sitoraşen – Şıx Dursun

Tağavard – Tağaverd

Niki – Cəmiyyət

Xocalı rayonu üzrə:

Çanaxçı – Çanaqçı

Xansıx – Xanyeri

Maşxmaat – Baharlı

Anabert – Xanabad

Tovuz rayonu üzrə:

Kirzan – Hunanlar

Culfa rayonu üzrə:

Əbrəqunis – Əbrəqunus

Kirnə – Kırna

Camaldin – Camaldın

“Gülüstan” Tarix-Mədəniyyət Qoruğu üzrə

Cuğa -Gülüstan

Ordubad rayonu üzrə

Dər – Darkənd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa