Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırdı

media-hightechnic-468x90

Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Pəhləvi “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İran hakimiyyəti etirazları yatırmaq və nümayişçilərə qarşı zorakılıq üçün internet və rabitə vasitələrinin kəsilməsindən istifadə etmək niyyətindədir.

“Cənab Prezident, bu sizin diqqətiniz, dəstəyiniz və hərəkətiniz üçün təcili və təxirəsalınmaz çağırışdır”, – Pəhləvi yazıb.

O qeyd edib ki, iranlı güc strukturlarının tətbiq etdiyi zorakılığa baxmayaraq, milyonlarla vətəndaş küçələrə çıxıb, indi isə tam informasiya blokadası ilə üz-üzədirlər.

“İnternet yoxdur. Telefonlar sabit işləmir”, – deyə o vurğulayıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05