BMT Təhlükəsizlik Şurasının Cenevrədə keçirilən insan haqlarının vəziyyətinə dair toplantısında Rusiyanın xarici işlər nazirinə orijinal formada etiraz edilib.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, toplantıda iştirak edən müxtəlif ölkələrin diplomatları Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq tədbirə videokonfrans formatında qatılan bu ölkənin xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı zalı tərk edərək monitora arxalarını çeviriblər.
Lavrov isə çıxışında Ukraynaya hərbi təcavüzə haqq qazandıraraq, bu ölkədə “insan haqqlarının pozulduğunu”, o cümlədən, oranın “antiRusiya coğrafiyası”na çevrildiyini iddia edib.
Maraqlıdır ki, rusiyalı nazir tədbirdə iştirak üçün Cenevrəyə uçmaq istəsə də, hava məkanı bağlı olduğu üçün bu istəyini gerçəkləşdirə bilməyib.
www.yenicag.az