“Lazio” Marko Baroni ilə yollarını AYIRDI
İtaliyanın “Lazio” klubu baş məşqçisi Marko Baroni ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Yenicag.az xəbər verir ki, klub bu barədə rəsmi sosial media hesabında paylaşım edib. 2024/25 mövsümünü 65 xalla 7-ci pillədə başa vuran Roma təmsilçisi Baroniyə göstərdiyi peşəkarlıq və fədakarlığa görə təşəkkür edib.
Qeyd edək ki, 61 yaşlı baş məşqçi ötən yaydan “Lazio”ya rəhbərlik edirdi. Onun idarəçiliyi dövründə komanda 52 oyunda 27 qələbə qazanıb, 13 heç-heçə edib və 12 dəfə uduzub.
Göycə Göycəyev