Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkəran gəncləri ilə onlayn görüş keçirildi – FOTOLAR

“44 günlük savaşın informasiya cəbhəsi: gəncliyin rolu və gözləntilər” mövzusunda onlayn konfrans baş tutdu

Lənkəran şəhər Gənclər və İdman İdarəsi və İslahatçı Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “44 günlük savaşın informasiya cəbhəsi: gəncliyin rolu və gözləntilər” mövzusunda onlayn konfrans keçirilib. Konfransda tanınmış media nümayəndələri və 100-ə yaxın fəal gənc iştirak edib.

Konfransda çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının təsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarov və Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbədən söz açıblar.

Natiqlər çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq tarixi Vətən torpaqlarını 44 günlük savaşla işğaldan azad etdi. Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi Qarabağda qazandığımız zəfəri şərtləndirən amillərdən oldu.

Çıxışçılar qeyd ediblər ki, 44 günlün Vətən Müharibəsi dövründə düşmən yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlar həyata keçirməyə çalışdı. Bildirilib ki, məhz Prezident İlham Əliyevin xarici KİV-lərlə səmərəli əməkdaşlığı, beynəlxalq mediyaya müsahibələri zamanı verdiyi mühüm mesajlarla informasiya blokadası yarıldı.

Natiqlər diqqətə çatdırıb ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələrdəki mesajları yol xəritəsi kimi qəbul edərək informasiya müstəvəsində Ermənistanın təxribatlarının, yalan kampaniyasının qarşısının alınmasında aktiv rol aldılar. Gənclərimiz müharibı ilə bağlı gerçəkləri, Azərbaycanın haqq səsini həm sosial şəbəkələr, həm də xarici media vasitəsilə geniş təbliğ etməyə nail oldular.

Konfrans iştirakçılarının sözlərinə görə, birmənalı şəkildə qeyd etmək olarki, Azərbaycan gəncləri həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya savaşının döyüşçüsü kimi Vətən müharibəsi sınağından üzüağ çıxdılar.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının təsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarov və Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev qeyd edib ki, müharibə hərbi müstəvidə bitsə də, düşmənin informasiya müstəvisində təxribatları bitmək bilmir. Çıxışçılar qeyd edib ki, gənclərimiz bundan sonra daha da fəal və professional olmalıdırlar. Gənclərimiz xarici KİV-lərlə əməkdaşlıq, sosial şəbəkələrdə aktiv fəaliyyətlə düşmənin yalan və təxribat kampaniyalarını ifşa etməyə davam etməlidirlər.

Konfrans gənclərin mövzu ətrafındakı çıxış və müzakirələri ilə davam edib.

Loading...

www.yenicag.az

261
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100