Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

media-hightechnic-468x90

Lənkəran və Lerikdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan Yenicag.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq”, – məlumatda qeyd olunur.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa