Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq öldü

media-hightechnic-468x90

Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub. Yaxınları hadisədən xəbər tutandan sonar göldəki suyun səviyyəsi azaldılıb.Bundan sonra meyiti sudan çıxarmaq mümkün olub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa