Lənkəranda balıq tutan şəxsi cərəyan vuraraq öldürdü

media-hightechnic-468x90

Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini elektrik cərəyanı vurub.

Yenicag.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında Girdəniçayda balıq tutmaq istəyib.

Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN-in Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa