Lənkəranda dəhşətli qətl törədilib

media-hightechnic-468x90

;'Lənkəran rayonunda qətl hadisəsi baş verib.

Hadisə ötən gecə saat 2 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.

Daha sonra B. Mikayılov hadisə yerindən qaçıb.

Hazırda rayonun hüququ-mühafizə orqanları qətl törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa