Lənkəranda ev külə dönüb

media-hightechnic-468x90

imagesLənkəranda fərdi yaşayış evi yanaraq kül olub.

Hadisə yanvarın 11-dən 12-nə keçən gecə rayonun Digah kənd sakini, 1972-ci il təvəllüdlü Əsmər Adil qızı Şükürovaya məxsus birmərtəbəli, 1 otaqlı fərdi evdə qeydə alınıb.

Yanğın baş verən zaman evdə heç kim olmadığından hadisədən xəbər tutan qonşular “101” xidmətinə zəng ediblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyi ilə güclü alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 20 kv.m olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600