Lənkəranda futbol həyəcanı

media-hightechnic-468x90

top_22Lənkəranda AFFA-nın və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cənub zonası üzrə keçirilən futbol yarışı davam edir. Həftəsonu 9-cu turun qarşılaşmaları keçirilib ki, burada da bütün görüşlər eyni gündə baş tutub. Maraqlı futbol mübarizəsi şəraitində keçən qarşılaşmalarda ilk olaraq meydana U-11 liqasının komandaları çıxıb.

9-cu tur çərçivəsində bu liqada Xəzər – Lənkəran Boradigah-Masallını 13-0, Astara-Xolmili Lənkəranı 3-1, Separadi bələdiyyəsi isə Xəzər-92-ni 7-1 hesabı ilə məğlub edib. U-12 liqasına gəldikdə burada iki görüş keçirilib. Xəzər-Lənkəran Boladı bələdiyyəsini 5-0 hesabı ilə məğlub etdiyi halda, Astara – Xəzər-92 komandalarının duelində bərabərlik qeydə alınıb 0-0. 9-cu turun digər 3 qarşılaşması U-13 liqasında keçirilib. Xəzər-Lənkəran futbolçuları astaralı həmyaşıdlarına asanlıqla qalib gələ bilib: 6-1, UGİM Lənkəran da Boradigah Masallıdan üstün olub: 5-0. Separadi bələdiyyəsi – Dalğa Lənkəran görüşündə isə qalib müəyyənləşməyib 0-0.

Tura U-14 liqasında keçirilən 2 görüşlə yekun vurulub. Astara – Boradigah Masallını 5-0 hesabı ilə məğlub etdiyi halda Dinamo Yardımlı – Xəzər Lənkəran görüşündə isə birincilər gəlmədiyindən texniki məğlubiyyət qeydə alınıb.

(news.mill.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600