Reklam: High Technic
hightechnic

Lənkəranda top mərmisi tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

5544