2020-ci il 14 Avqust tarixində saat 13:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 1 200 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb