Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq
Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 4 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.
Bu barədə Yenicag.az-a “Azərişıq” ASC-dən bildirilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.












