Lerik meşəsində üzərinə ağac aşan kişi ölüb
Lerikdə meşəyə odun yığmağa gedən 51 yaşlı Lənkəran sakininin üzərinə ağac aşıb.
Yenıcag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.
Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov üzərinə ağacın aşması nəticəsində ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o, yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.