Leyla Əliyeva- Qu quşu

media-hightechnic-468x90

1272011923_leyla-aliyeva-8Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini  təqdim edib. “Qu quşu” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Лебедь)

Açıldı tək atəş,

Atıldı güllə,

Nazənin qu quşu

Çəkildi göyə…

Bir anda arzular,

Göldə boğuldu.

Möcüzəyə inam

Ordaca öldü…

Ovçunun üzünəsə

Bir saxta gülüş qondu…

Ürəyi od tanıdı,

Vicdanı əzab çəkdi…

Qondarma gülüş isə

Pərdələdi, gizlətdi.

Başqa bir həyata

Nöqtə qoymaqla,

Guya həyatına

həzz gətirmişdi…

Sadəcə bir güllə,

Sadəcə bir an..!

Təmiz məhəbbətə,

Dedi: “Dur! Dayan!”

Şəkk-şübhə tanımayan,

Aydan arı sevgiyə

Ovçu vermədi aman.

Ağ lələklər üstündə,

Parladı qan, axdı qan.

Güllə atmağa insan,

Hüquqlu… iznlidir…

Bəs yaşamaq hüququ

Bu dünyada kimindir?

Dilsiz-ağızsızları

Mühakimə edirik.

Mühakimə edəndə

Heyf… adil deyilik.

Çox vaxt ədalətsizik…

Bircə atəş açıldı…

Qu quşunun qətlinə

Küləklər də ağladı.

Leylisini itirən

Məcnun quş “qu” desə də

“Qu” cavabı almadı…

Fəryadı ərşə qalxdı.

Dünyada nəyi varsa

Hər şeyini yaxardı

Təki ovçu atmasın,

Sonasına qıymasın…

Özün təslim edərdi

Ovçunun qənşərinə

Təki sonası süzsün,

Səmaların əngində.

Xiffət çəkməyin isə

Özü… üstlü əzabdır.

Eynən bir güllə kimi

Xiffət də qəlbdən vurur.

Güllənin gücünə bax –

Kədər dənizə döndü.

Nazənin qu quşunun

Ulduzu orda söndü…

Sonası qeyb olsa da,

Yarı onunla uçur.

Ürəyinin içində,

Asimanları qucur.

Acı-acı ağlamaq

Quş üçün deyil adət…

Nə olsun ki, göz yaşı,

Ayrılıq yarasına

Məlhəmdir lap zaman tək.

Qoy göllər sonasının,

O məcnun gözlərində

Sonası görünsün tək.

Bircə güllə atıldı –

Gəl unudaq hər şeyi..!

Vaxta çox güvənirik,

Çün dəyişir hər şeyi.

İnsanlar da qadirdir

Bu həyatda çox şeyə.

Amma ki, güc tapmırlar,

Heyif ki, bacarmırlar

Adi qu quşu kimi,

Sonalar sonası tək,

Əbədiyyən sevməyə…

Rus dilindən çevirəni: Mahir Qabiloğlu (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600