Həsən Öztürk: “Qarabağda böyük həcmli investisiyalar dövrü başlayır” - VİDEO

media-hightechnic-468x90

“Azərbaycan ilə Türkiyə arasında mövcud olan siyasi və sosial yaxınlıq artıq real iqtisadi tərəfdaşlığa çevrilib”.

Bu fikirləri Yenicag.aza özəl videomüsahibəsində “Ülke TV”nin baş redaktoru, siyasi şərhçi Həsən Öztürk deyib.

Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu barədə təəssüratlarını bölüşən baş redaktor iki ölkə arasındakı iqtisadi bağların strateji əhəmiyyətini vurğulayıb:

“Aldığımız məlumatlara görə, iki ölkə arasında qarşılıqlı investisiyaların ümumi həcmi artıq 40 milyard ABŞ dollarını ötüb. Bu forumun nəticəsində həmin rəqəmin daha da yüksələcəyinə inanıram”.

H.Öztürk qeyd edib ki, Azərbaycanın təqdim etdiyi investisiya imkanları türk iş adamları üçün olduqca cəlbedicidir:

“İnvestorlar üçün çox ciddi təşviq mexanizmləri mövcuddur. Bu imkanların türk investorları üçün son dərəcə dəyərli olduğunu düşünürəm. Xüsusilə həmin təşviqlərdən yararlanaraq Qarabağ bölgəsində böyük həcmli investisiyaların həyata keçiriləcəyinə inanıram”.

Ətraflı videomaterialda:

 Nəsimi Ələsgərli

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa