Dəhlizdə ABŞ-Rusiya-İran rəqabəti: “Heç bir kənar təsir layihəni ləngidə bilməz!”

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi maraqları uzlaşdırılmış tərəflərin razılığına müvafiq olaraq istənilən kənar təsiri istisna edəcək formada realizə olunacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

media-behruz

Deputat son günlər Rusiya və İran arasında Zəngəzur dəhlizi ilə bağlı intensivləşən diplomatik müzakirələrə və tərəflər arasındakı görünən fikir ayrılıqlarına münasibət bildirib:

“Rusiya və İran arasında intensivləşən diplomatik qrafik fonunda Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasına, ələlxüsus Zəngəzur dəhlizinə münasibətdə fikir ayrılığının müşahidə olunduğunu demək üçün əsaslar formalaşmaqdadır. Azərbaycan hər zaman Cənubi Qafqazdakı layihələr üzrə uzlaşdırılmış maraqların tərəfdarı olub və ötən dövrün təcrübəsi göstərir ki, ölkəmiz önəmli infrastruktur şəbəkələrini realizə etməyi bacarıb”.

B.Məhərrəmovun sözlərinə görə, Rusiyanın prosesdəki ləngliyi fonunda ABŞ-ın rolunun yüksəlməsi və İranın baxış bucağının dəyişməsi yeni reallıq yaradıb:

“Görünən odur ki, Rusiya Federasiyası Tehranın öz maraqlarından yox, ötən dövr ərzində özünü doğrultmayan prinsiplərindən çıxış edəcəyinə ümid bəsləyirdi. Lakin İranın yeni hakimiyyətinin Zəngəzur dəhlizinin bir problem yox, əksinə, dividend gətirə biləcək layihə olduğunu anlaması bölgədə əməkdaşlıq mühiti üçün yeni səhifə açmışdır. Ukrayna münaqişəsi ilə bağlı Cənubi Qafqazda mövqelərini itirmiş Rusiyanın isə bu reallıqla səssiz barışacağı gözlənilən deyildi”.

Deputat qeyd edib ki, Azərbaycan və Rusiya arasında dəhlizlə bağlı köklü problem yoxdur, lakin Ermənistan-Rusiya xəttində vəziyyət fərqlidir:

“Rusiya və İran arasındakı fikir ayrılıqları gözlənilən idi. Lakin prosesdə hərəkətverici qüvvənin şimal və cənub qonşularımız olmadığını nəzərə alsaq, bu durumun Zəngəzur dəhlizini ləngidəcəyi, yaxud ABŞ-ın təşəbbüskar mövqeyini ikinci plana keçirəcəyi ağlabatan görünmür. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi kənar təsirlərdən uzaq formada reallaşacaq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa