Güclü leysan yağışları Qəbələnin kəndlərində fəsadlar törədib.
Yenicag.az xəbər verir ki, sel nəticəsində Uludaş kəndində şəxsi təsərrüfatlar, eləcə də daxili yollar yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, sel suları həm həyətyanı sahələri yararsız hala salıb, həm də ev quşlarının teləf olmasına səbəb olub.
Sel həyətyanı sahələri gil və daş örtüyü ilə yararsız hala salıb./apa
www.yenicag.az