Liderlər terror aktını pislədilər

media-hightechnic-468x90

скачанные файлыABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin Fransada baş vermiş terror aktını pisləyiblər.

Yenicag apa-ya istinadən bildirir ki, Vladimir Putin Fransa prezidenti Fransua Ollanda başsağlığı verib və terrorizmə qarşı mübarizədə aktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

ABş prezidenti Barak Obama da bu gün Parisdə baş vermiş hadisələri pisləyib, Fransanın terrorizmlə mübarizədə həmişə ABŞ – la birgə olduğunu bildirib. Obama Ağ evin terrorçuları zərərsizləşdirmək üçün istənilən yardımı göstərməyə hazır olduğunu da qeyd edib.

Xatırladaq ki, bu gün Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc edib. Jurnal bu gün baş verən terror aktından öncə “Tvitter” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600