Lisey müəllimi bədbəxt hadisə nəticəsində ÖLDÜ

media-hightechnic-468x90

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə Şilavar kəndində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair – mərhum Əli Nasirin kiçik qardaşı idi.

Faktla bağlı araşdırma aparılır.(report.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600