Lisey və gimnaziyalar üçün seçimlər başa çatdı

media-hightechnic-468x90

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər başa çatıb.

Təhsil İnstitutundan Yenicag.az-a verilən xəbərə görə, lisey seçimləri şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilib. Valideynlər şəxsi kabinetlərə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış olub və lisey seçimi ediblər. Bu mərhələdə 3 lisey seçimi şansı təqdim olunub. Hər 3 seçimi etmək zərurəti olmayıb. Lisey seçimləri 4 iyul 16:00–a qədər davam edib.

Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600