“Litva dövləti hər zaman Azərbaycanı dəstəkləmişdir”
Azərbaycanlı Politoloq Ramiz Alıyev İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı redaksiyamıza açıqlama verərək bildirmişdir ki: “Azərbaycanla Avropanı və Avropaya daxil olan ölkələri xüsusi bir bağla bağlayan mühüm hallar var. Son dövrlərdə Avropaya inteqrasiya nəticəsində bir çox Dünya və Avrpopa əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi buna əyani sübutdur. Tolerantlıq, Mədəniyyətlər və Dinlər arası dialoqların, Humanitar Forumların, Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi buna bir sübutdur. Qeyd etməliyik ki, Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də məhs Litva Respublikasıdır. Azərbaycanla Litva arasında belə bir əməkdaşlığın olması həmdə xalqaların yaxınlığı kimi qiymətləndirmək lazımdır. Hər iki ölkənin tarixində müəyyən oxşarlıqlar da mövcutdur. Ona görədə həm sadə insanlarımız, həm biznes qrumlarımız, həm də dövlət və hökumət nümayəndələri səviyyəsində uğurlu əməkdaşlıqlar mövcutdur. Litva Şəhərləri ilə Azərbaycan şəhərlərinin qardaşlaşmış şəhərlər olması bu sadaladıqlarıma əyani sübutlardan biridir. Litva dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və haqlı olaraq Azərbaycanı dəstəkləmişdir. Azərbaycan tərəfi də öz növbəsində hər zaman Litva dövlətinin və xalqının maraqlarını əks etdirən məqamlarda Litva Respublikasının yanında olmuşdur. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə xoş münasibət bəsləyən ölkələrdən biri də qardaş Litva ölkəsidir. Bu yarışlarda Litva idmançılarının yüksək səviyyədə təmsil olunaraq yaxşı nəticələr əldə edəcəyinə inanırıq. Bu idman yarışı sülhün qardaşlığın təbliğatcısıdır. Azərbaycan Avropa idmançılarını bu idman yarışında bir ailə kimi qəbul edib yüksək təhlükəsizlik şəraitində yarışlarda iştirakını təmin edəcəkdir. Hətta Azərbaycan torpaqlarını işğal edən Ermənistan Respublikasının idmançılarının da təhlükəsizlik şəraitində bu yarışlara qatılmasına şərait yardılıb. Sevindirici haldır ki, bu yarışlarda iştirak edəcək idmançılar arasında bizə dost,qardaş olan Litva ölkəsinin də idmançıları olacaq. Hesab edirəm ki, bu idman yarışlarından sonra həm Litva ilə , həmçinin də digər dost ölkələrlə Azərbaycanın əlaqələri daha da möhkəmlənəcək. Birinci Avropa Oyunlarında Litva idmançılarına uğurlar arzulayırıq və inanırıq ki, Litva idmançıları Litva xalqının arzuladığı nəticələri göstərəcək”
.