Litvada iki sevindirici xəbər

media-hightechnic-468x90

10751737_975856579097091_1935882629_nLitvada idmançılarımız möhtəşəm qələbə qazanıblar. Eyni zamanda Litvada təhsil alan azərbaycanlı gənclər “Girovları azad et!” aksiyasına start veriblər.

Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri 8-10 Noyabr 2014-cü il tarixində Litvanın Kaunas şəhərində keçirilən 16-22 yaşlı gənclər arasında Avropa üzrə Karate kyokşin çempionatında iştirak edən idmançılarımıza dəstək olublar.

Çempionata 5 imdançı ilə yollanan Azərbaycan heyəti vətənə bir qızıl və bir gümüş medalla geri qayıdıb. Hər iki medal 65 kq çəki dərəcəsində əldə olunub. Finalda döyüşən iki azərbaycanlı idmançıdan biri Emin İsmayıllı qızıl medala, digər idmançımız Eltac Hümbətov isə gümüş medal qazanıblar.

Bundan əlavə təşkilat üzvləri “Girovları azad et!” virtual flaşmob aksiyasına dəstək olmaq üçün Litvalı gənclər arasında virtual petisiya aksiyasına start veriblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600